Balotelli cəmi 56 dəqiqə oynadığı klubu tərk edir
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli klubunu dəyişir.
Msport.az xəbər verir ki, hazırda “Cenoa”da çıxış edən 35 yaşlı hücumçu A Seriyasının digər təmsilçisinə keçməyə hazırlaşır.
Təcrübəli forvard “Venesiya”ya keçməyə yaxındır. “Cenoa”da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir. Balotelli ilə yolların ayrılacağını klubun idman direktoru Marko Ottolini də təsdiqləyib.
Qeyd edək ki, qalmaqalları ilə məşhur olan futbolçu ötən il oktyabrın sonunda “Cenoa”ya azad agent kimi keçmişdi. Bu müddətdə o, A Seriyasında 6 matçda cəmi 56 dəqiqə imeydanda olub və qol vura bilməyib.
Hazırda “Venesiya” turnir cədvəlində 19-cu yerdədir. Komandanın 23 oyundan sonra 16 xalı var.