featured-image-55754

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli yenidən A Seriyasında çıxış edə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Repubblica” nəşri məlumat yayıb.

İddiaya görə, “Cenoa” rəhbərliyi təcrübəli hücumçu ilə əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, 34 yaşlı forvard İtaliyada “İnter”, “Milan” və “Montsa” kimi komandaların formasını geyinib.

Bənzər xəbərlər