featured-image-56514

İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu dəqiqləşib.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, 34 yaşlı hücumçu bu gün “Cenoa” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, futbolçu ötən mövsümün sonu Türkiyənin “Adana Dəmirspor” klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Balotelli İtaliyada “İnter”, “Milan”, İngiltərədə “Mançester Siti” və “Liverpul” klublarında forma geyinib. O İtaliya millisinin heyətində 36 oyunda 14 qol vurub.

Bənzər xəbərlər