featured-image-13728

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Msport.az xəbər verir ki, yerli “Pressball” qəzeti bu iddia ilə çıxış edib.

41 yaşlı mütəxəssisdən başqa  bu posta digər namizəd “Minsk”in baş məşqçisi Vadim Skripçenkodur.

Baqanın adı Soliqorsk “Şaxtyor”u ilə də hallanır.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında “Sumqayıt”ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Bənzər xəbərlər