featured-image-84687

“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun agenti Vladimir Kuzmiçov futbolçunun qış transfer pəncərəsində Avropanın aparıcı klublarından birinə keçid ehtimalına münasibət bildirib.

Msport.az xəbər verir ki, agent hazırda İstanbul klubundan ayrılmaq məqsədlərinin olmadığını deyib.

Kuzmiçov Avropa nəhənglərinin Batrakovla maraqlanması barədə xəbərlərə də aydınlıq gətirib: “Bizimlə heç kim əlaqə saxlamayıb. Bildiyimə görə, Avropanın aparıcı klublarından “Qalatasaray” rəhbərliyi ilə də əlaqə saxlayan olmayıb”.

Agent İstanbul klubunun futbolçunun müqaviləsindəki sərbəstqalma bəndini ləğv etmək istəməsi barədə məlumatların hələlik təsdiqlənmədiyini söyləyib: “Bu mövzuda danışığımız olmayıb, “Qalatasaray” rəhbərliyindən heç bir təklif almamışıq”.

Qeyd edək ki, Batrakov 2026-cı ilin yayında “Qalatasaray”a keçib. Rusiyalı yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 13 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun müqaviləsindəki sərbəstqalma məbləği 55 milyon avrodur.

Bənzər xəbərlər