featured-image-29954

“Barselona” Braziliyanın “Atletiko Paranaense” klubunun hücumçusu Vitor Rokeni transfer etmək istəyir. Msport.az “Goal”a istinadən xəbər verir ki, Kataloniya klubu 18 yaşlı futbolçuya görə 45 milyon avro təklif edə bilər.

“Barsa” hətta Lionel Messi qayıdacağı halda belə, gənc forvardla anlaşmağa hazırdır.

Roke bu mövsüm 17 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

O, martda Braziliya millisində debüt edib.

ANAR

Bənzər xəbərlər