featured-image-27045

“Barselona” maliyyə vəziyyətini düzəltmək üçün bir neçə futbolçusunu satmalıdır. Msport.az “Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu 200 milyon avro qazanmalıdır.

“Barsa” rəhbərliyi qarşıdakı transfer pəncərəsi üçün plan hazırlayıb. Onlar heç bir halda satmayacaqları futbolçuları müəyyənləşdiriblər. Bu 3 nəfərdir – müdafiəçi Ronald Arauxo, yarımmüdafiəçilər Pedri və Frenki de Yonq. Bu oyunçular toxunulmaz sayılırlar.

“Barsa” Ter Şteqen, Qavi, Balde, Künde, Rafinya, və Robert Levandovskini də satmağı düşünmür. Həmçinin baş məşqçi Xavi Kristensen və Frank Kessyeni itirmək istəmir.

Bir çoxlarının fikirincə, “Barselona”nın irəli xəttində dəyişikliklər baş verəcək. Maaşları kifayət qədər yüksək olan oyunçular gedə bilərlər.

ANAR

Bənzər xəbərlər