featured-image-30226

“Barselona” İspaniya La Liqasının 35-ci turunda öz meydanında “Real Sosyedad”a 1:2 hesabı ilə məğlub olub. Qonaqların heyətində Mikel Merino və Aleksandr Sörlot fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Robert Levandovki vurub.

Msport.az xəbər verir ki, Kataloniya klubu 2016-ci ildən sonra ilk dəfə “Real Sosyedad”a uduzub.

“Barsa” “Kamp Nou”da son dəfə “Real Sosyedad”a 1986-cı ilin martında yenilmişdi. Qeyd edək ki, o zaman San-Sebaystan klubunu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak çalışdırırdı.

“Qeyd edək ki, “Barselona” vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. “Real Sosyedad” 65 xalla 4-cü yeri tutur.

ANAR 

Bənzər xəbərlər