“Barsa” atasına görə futbolçunu satacaq
“Barselona” yayda futbolçusu Ansu Fatiylə yollarını ayıracaq.
Msport.az xəbər verir ki, buna səbəb 20 yaşlı futbolçunun atasının klubu tənqid etməsi olub. Fatinin atası Kataloniya klubunu oyunçuya az şans verməkdə günahlandırırdı. “Barsa” hücumçunu 40 milyon avroya satmağa hazırdı.
Qeyd edək ki, Fati bu mövsüm La Liqada keçirdiyi 26 oyunda 4 qol vurub, 3 assist edib.
Royal Türksoy







