featured-image-25070

“Barselona” bu günlərdə Serdji Busketsə müqavilənin uzadılması ilə bağlı yeni təklif göndərəcək.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, futbolçunun meneceri Xosep Mariya Orobiç bu gün Kataloniya klubunun rəhbərliyi ilə görüşüb.

Busketsin müqaviləsi mövsümün sonunda başa çatır. 34 yaşlı yarımmüdafiəçiyə MLS və Səudiyyə Ərəbistanı klublarından təklif olsa da, o, bir il də “Barsa”da qalmaq istəyir. Klub bu həftə Busketsə yeni müqavilə ilə bağlı şərtləri göndərəcək.

Təcrübəli oyunçu bu mövsüm La Liqada 21 matçda 3 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər