“Barsa” Busketsin əvəzləyicisini tapdı
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimarayş “Barselona”nın hədəfinə düşüb.
Msport.az xəbər verir ki, Kataloniyalılar futbolçu üçün 87 milyon funt-sterlinq ödəməyə hazırdır. “Barsa” braziliyalını yayda komandadan ayrılacaq Serxio Busketsin əvəzedicisi kimi görür. “Sağsağanlar”ın Qimarayşı satmayacağı gözlənilir.
Qeyd edək ki, Bruno bu mövsüm Premyer Liqada keçirdiyi 32 oyuna 4 qol vurub, 5 assist edib.
Royal Türksoy







