"Barsa" daha bir oyunçusunu itirdi - Ən azı bir ay kənarda qalacaq
“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto zədə səbəbindən bir ay meydanlardan kənarda qala bilər. Msport.az “As” istinadən xəbər verir ki, 31 yaşlı futbolçu La Liqanın 31-ci turunda “Xetafe” ilə oyunda (0:0) zədələnib.
Robertonu 17-ci dəqiqədə Erik Qarsiya əvəzləyib.
İlkin ehtimallara görə, ispaniyalı oyunçunun sol budunun əzələsi zədələnib. Bu səbəbdən də o, bir aydan çox müddətdə komandasına kömək etməyə bilər.
Roberto əlavə müayinədən də keçəcək.
Yarımmdafiəçi bu mövsüm bütün turnirlərdə 30 keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
ANAR







