featured-image-30991

“Atletiko”, “Benfika” və “İnter” “Barselona”dan ayrılan Jordi Albanın transferində maraqlıdır. Msport.az xəbər verir ki, bu barədə insayder Fernando Polo tviterdə paylaşım edib.

34 yaşlı müdafiəçi Kataloniya klubunun yetirməsidir. “Barsa”nın Akademiyasını 2005-ci ildə tərk edən futbolçu 7 ildən sonra yenidən doğma məkana qayıdıb. O, “Barselona”da 459 oyun keçirib 27 qol vurub və 99 məhsuldar ötürmə verib.

Albanın müqaviləsi 2024-cü iyununda başa çatsa da, tərəflər anlaşmanı qarşılıqlı razılıq yolu ilə pozublar. Futbolçu kluba əməkhaqqı məsələsində xeyli güzəştə gedib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər