featured-image-30510

“Barselona”nın futbolçusu Andreas Kristensen klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, “İnter” danimarkalı müdafiəçini transfer etməyə çalışacaq. “Barsa” Kristensenin qiymətini 60 milyon avro təyin edib.

Ötən yaydan “Barselona”da çıxış edən Kristensenin müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Qeyd edək ki, Kristensen cari mövsüm La Liqada keçirdiyi 21 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Royal Türksoy

Bənzər xəbərlər