featured-image-26993

“Barselona” “Real”la İspaniya kubokunun yarımfinal oyununda bir neçə aparıcı futbolçusunun xidmətlərindən istifadə edə bilməyəcək.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu sabah cavab matçına çıxacaq.
Andreas Kristensen, Pedri, Usman Dembele və Frenki de Yonq El klasikoda forma geyinə bilməyəcəklər.
Adı çəkilən futbolçuların hamısı komandanın oyunqabağı son məşqini buraxıblar.
“Real”da yalnız Ferlan Mendi prinsipial matçda iştirak etməyəcək.
Xatırladaq ki, ilk oyunda “Barsa” səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi.

ANAR

Bənzər xəbərlər