“Barsa” əsas müdafiəçisini itirdi
“Barselona”nın müdafiəçisi Ronald Arauxo “Real”la oyunda (2:1) zədə alıb. Msport.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı futbolçu bu gün tibbi müayinədən keçib. 24 yaşlı oyunçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Arauxo Uruqvay millisinin heyətində Yaponiya və Cənubi Koreya ilə yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək. O, “Real”la matçda ayağında ağrılar hiss etsə də, görüşü sonadək davam etdirib.
Arauxo İspaniya kubokunun yarımfinal mərhələsinin “Real”la cavab matçına hazır olacaq. Xatırladaq ki, “Barsa” ilk görüşdə 1:0 hesabı ilə qələbə qazanıb.
24 yaşlı müdafiəçi bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib.
ANAR ABDULLAYEV







