“Barsa” futbolçusuna 1 milyard avro sərbəst qalma məbləği qoydu
“Barselona” Aleks Balde ilə müqaviləni 2027-ci ilə qədər uzatmağa yaxındır. Msport.az “Diario sport”a istinadən xəbər verir ki, tərəflər bu həftə yeni anlaşma ilə bağlı yekun rəyə gələcəklər.
20 yaşlı futbolçunun sərbəst qalma məbləği 1 milyard avro olacaq. İspaniyalı müdafiəçi klub rəhbərliyindən əsas heyət oyunçusu olacağı ilə bağlı təminat alıb. Bundan başqa, onu əmin ediblər ki, müqaviləsinin La Liqada qeydiyyata salınması ilə bağlı heç bir problem yaranmayacaq. Kataloniya klubu əvvəlcə hazırda heyətdə olan futbolçuların müqavilələrini qeydiyyatdan keçirməlidir, daha sonra artıq transferlərə baxacaqlar.
Balde bu mövsüm La Liqada 23 oyunda 5 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







