featured-image-28552

“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta və “Kristal Pelas”ın hücumçusu yay transfer dövründə “Barselona”ya keçə bilər. Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır.

İspaniya klubu adıçəkilən oyunçuları azad agent kimi heyətə cəlb etmək istəyir.

“Liverpul” 26 yaşlı Keytanı 2018-ci ildə “Leyptsiq”dən 60 milyon avroya transfer etmişdi. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib.

30 yaşlı Zaha “Kristal Pelas”ın yetirməsidir. O, 2013-cü ildə klubu tərk edərək “Mançester Yunayted”ə keçmişdi. 2014-cü ilin avqustunda Zaha yenidən doğma klubuna qayıtmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər