“Barsa” “İnter”in futbolçusunu alır
“Barselona” Marselo Brozoviçi transfer etmək istəyir. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “İnter”in xorvariyalı futbolçusuna “Əl Nəsr” də təklif göndərib.
İlkay Gündoğanın keçidindən sonra Brozoviç Kataloniya klubunun əsas transfer gündəmi olub.
30 yaşlı yarımmüdafiəçi “Barsa”dan təklif aldığı üçün hələ Səudiyyə Ərəbistanı klubuna cavab verməyə tələsmir. Amma Brozoviçin meneceri “Əl Nəsr”dən yaxşı kommisyon pulu alacağından o, müştərisinin Kriştiano Ronaldonun komandasına getməsini təkid edir.
“Barsa” yarımmüdafiəçiyə “Əl Nəsr” qədər maaş təklif edə bilməsə də, Avropada oynamaq variantı futbolçu üçün daha önəmlidir.







