“Barsa” Jordi Albanın maaşını aşağı salmaq istəyir
“Barselona” Jordi Albadan maaşının azaldılmasına razılıq verməsini xahiş edə bilər. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçi ilə müqaviləni pozmaq istəyir ki, maaş fondunu qaydaya salsın.
Gələn mövsüm klub ona 38 milyon avro və yubanmış pullarını ödəməlidir.
Əgər bu alınmasa, “Barsa” 34 yaşlı futbolçunun əməkhaqqını aşağı salacaq. “Barsa” futbolçu ilə müqaviləni də uzada bilər ki, borclarını bir neçə aya bölüb versin.
Eyni metodla Samuel Umtiti ilə də müqavilə uzadılmışdı.
ANAR







