featured-image-34824

“Əl-Əhli” klubu “Barselona”yla Frank Kessyenin transferini razılaşdırıb.

Msport.az xəbər verir ki, fil dişili futbolçu tezliklə yeni klubu üçün tibbi müayinədən keçəcək.

“Əl-Əhli” 26 yaşlı futbolçuya görə Kataloniya təmsilçisinə 15 milyon avro ödəyəcək. Kessye Səudiyyə Ərəbistanı klubuyla üç illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Frank Kessye Kataloniya klubuna ötən yay “Milan”dan azad agent kimi keçmişdi.

Royal Türksoy

Bənzər xəbərlər