“Barsa” “Liverpul”un ulduzu üçün hərəkətə keçir
“Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Liverpul”un vinqeri Luis Diasla maraqlanır. Xavinin şəxsən bəyəndiyi futbolçu üçün “Barsa” rəhbərliyi yaxın günlərdə danışıqlara başlayacaq. Diasın Mersisayd komandasıyla müqavilə müddəti 2027-ci ilin yayında bitir.
Qeyd edək ki, Luis bu mövsüm Premyer Liqada 8 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Royal Türksoy







