“Barsa” Mərakeş millisinin oyunçusunu transfer etmək istəyir
“Barselona” Mərakeş millisinin və “Anje”nin yarımmüdafiəçisi Azzeddin Ounahi ilə maraqlanır.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu qışda yarımmüdafiənin mərkəzini gücləndirmək istəyir. İlkin namizədlər Bernardu Silva ilə İlkay Gündoğan olsa da, “Barsa” maliyyə problemlərinə görə bu transferləri reallaşdıra bilmir.
Bundan sonra “Barselona” Mərakeş yığmasının futbolçusu Azzeddin Ounahiyə maraq göstərməyə başlayıb. 22 yaşlı yarımmüdafiəçi də “Barsa”da çıxış etmək arzusundadır. Bu transfer Xavinin komandasına baha başa gəlməyəcəyindən, onlar Ounahinin gəlməsində maraqlıdırlar. Həm də klubda hesab edirlər ki, onun böyük potensialı var.
“Barselona” başa düşür ki, futbolçunun dünya çempionatında parlaq çıxışı ona maraq göstərən klubların sayını artıra bilər. Ona görə də qışda transferi yekunlaşdırmaq barədə düşünür.







