“Barsa”nın daha bir sabiq futbolçusu Messinin yanına gedə bilər
“İnter Mayami” “Barselona”nın dah bir sabiq futbolçusu Serdji Busketsi transfer etmək istəyir. Msport.az xəbər verir ki, MLS klubu ispaniyalı yarımmüdafiəçiyə mövsümə 1,65 milyon dollar verməyə hazırdır.
Lionel Messinin ABŞ təmsilçisinə getməsi Busketsin də qərarına təsir edə bilər.
Qeyd edək ki, bu iki oyunçu yaxın dostdurlar.
34 yaşlı dayaq yarımmüdafiəçisi 2008-ci ildən çıxış etdiyi “Barsa”dan mövsümün sonunda azad agent kimi ayrıldı.
ANAR







