featured-image-71035

“Barselona”nın hücumçusu Rafinya İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Real”la oyunu buraxa bilər.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu dünən komandanın məşqini yarımçıq tərk edib. Bu gün isə o, fərdi məşq etməli olub.

“Real” və “Barselona” arasında El Klasiko bazar günü Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Madrid klubu 24 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan “Barsa” 2-ci yeri tutur.

Bənzər xəbərlər