featured-image-38065

“Barselona”nın hücumçusu Yamin Lamal zadə səbəbindən İspaniya millisinin düşərgəsini tərk edib. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 16 yaşlı forvardın xəsarət alması barədə Kataloniya klubu məlumat yaysa da, futbolçu yığmanın düşərgəsinə yollanmışdı.

O, millinin düşərgəsində bir daha tibbi müayinədən keçib. Gənc oyunçunun zədəli olduğu təsdiqləndikdən sonra o, yenidən Barselonaya yollanıb.

Yamal cari mövsümdə İspaniya La Liqasında 9 oyunda 1 qol vurub və bir məhsuldar ötürmə verib.

Bənzər xəbərlər