“Barsa”nın kapitanı məşqlərə başladı
“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen zədəsini artıq sağaltmaq üzrədir. Msport.az xəbər verir ki, almaniyalı futbolçu iyul ayında zədə almışdı.
33 yaşlı qolkiper bazada qazon üzərində məşq etməyə başlayıb. Gözlənilir ki, o, noyabrın sonralarında tam sağalıb komandaya qoşulsun.
İstisna olunmur ki, Ter Şteqen qışda başqa kluba icarəyə verilsin. Kapitanın “Barsa” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.







