“Barsa”nın müdafiəçisi Premyer Liqaya gedə bilər
“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, “Nyukasl” danimarkalı futbolçu ilə maraqlanır.
Kataloniya klubunda Kristensendən razı olsalar da, maliyyə feyr-pleyinə görə, kimisə satmalıdırlar.
Əgər yayda 50 milyon avro civarında təklif gəlsə, “Barsa” bunu nəzərdən keçirəcək.
Mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







