featured-image-22946

“Barselona”nın yayda heyətə qatacağı futbolçulardan birinin adı məlum olub. Msport.az “Sport 1″ə istinadən xəbər verir ki, “Ayntraxt”ın müdafiəçisi Evan Ndika Kataloniya klubuna keçməyə razılıq verib.

“Barsa” rəhbərliyi ilə oyunçunun nümayəndələri transferlə bağlı şifahi razılıq əldə ediblər. Düzdür, “Barselona” alternativ variantları da nəzərdən keçirdiyindən hələ məsələnin 100 faiz həll olunduğunu söyləmək tezdir.

23 yaşlı müdafiəçinin Almaniya klubu ilə müqaviləsi 2023-cü ilin iyununa kimidir. Müqavilənin uzadılması ehtimalı demək olar ki, yoxdur.

Ndika bu mövsüm Bundesliqada 20 oyunda meydana çıxıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər