"Barsa" rəhbərliyində mənim ora qayıtmağımı istəməyən adamlar var idi" - Lionel Messi
“İnter Mayami”yə transfer olunan Lionel Messi “Barselona”ya keçidinin alınmamasından danışb. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya klubunda onun dönüşünü istəməyən adamların olduğunu deyib:
“Dəqiq bildiyim odur ki, mənim qayıdışımı istəməyən insanlar var idi. Necə ki, eynən mən gedəndə də onlar mənim qalmağımı arzulamırdılar.
Çoxları kimi mən də bilirdim, kimlər mənim dönüşümü istəyirlər. Onlar ictimaiyyət önündə bu haqda açıq danışırdılar. Amma rəhbərlikdə elə adamlar var ki, məni orda görməyi qəbul etmirlər və hesab edirdilər ki, dönüşüm kluba problemlər yaradardı”.
ANAR







