featured-image-16151

“Barselona”nın baş məşqçisi Xavi çıxış eədəcəkləri Avropa Liqasından danışıb.

Msport.az xəbər verir ki, Kataloniya klubu Çempionlar Liqasının qrup mərhələsində “Bayern Münhen” və “İnter”i özündən irəli buraxaraq 3-cü yeri tutub.

42 yaşlı mütəxəssis Avroliqanı qazanmağı qarşılarına məqsəd qoyduqlarını deyib: “Avropa Liqası çox yaxşı turnirdir. Bizim hədəfimiz finala çıxmaq və kuboku qazanmaqdır. Bilirəm ki, bizi favortitlər sırasında göstərəcəklər. Biz Avropa Liqasında qalib gəlməyə çalışacağıq. Lakin ötən mövsüm gördük ki, bu çox çətin yarışdır. Bu il orda necə komandaların çıxış etdiyini nəzərə alsaq, “Barsa” üçün asan olmayacaq”.

Ötən mövsüm “Barselona” Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”a uduzaraq mübarizəni dayandırmışdı.

Bənzər xəbərlər