"Barsa"ya ağır zərbə - Yarım milyon izləyici itirdilər
“Barselona” instaqramda yarım milyona yaxın izləyicisini itirib. Msport.az xəbər verir ki, İspaniya La Liqasının sosial şəbəkədə LGTB-yə dəstək postu paylaşan 10 klubundan doqquzunun izləyicilərinin sayı azalıb.
“Barsa” bu anlamda daha çox “zərbə” alıb. Kataloniya klubu göyqurşağı rəngli bayraq paylaşdıqdan 48 saat sonra instaqramda 440 min izləyici itirib.
LGTB ilə bağlı paylaşım edən 10 komandadan yalnız “Las Palmas” izləyici sayını artırıb.
Xatırladaq ki, “Real” və “Atletiko” bu aksiyada iştirak etməyiblər.







