“Barsa” yapon futbolçu üçün mübarizə aparacaq
“Barselona” Yaponiya millisinin üzvü Dayçi Kamadayla maraqlanır.
Msport.az xəbər verir ki, “Ayntraxt”la müqaviləsi yayda bitəcək yarımmüdafiəçi üçün “Barselona” “Atletiko Madrid” və Dortmund “Borussiya”sı ilə mübarizə aparacaq. 26 yaşlı futbolçunun yayda azad agent olması “Barsa” rəhbərliyinə cəlbedici gəlir.
Qeyd edək ki, Kamada cari mövsüm ərzində 36 matçda 13 qol vurub, 5 assist edib.
Royal Türksoy







