“Barsa” yenidən “Kamp Nou”ya qayıdır
“Barselona” artıq payızada yenidən əfsanəvi “Kamp Nou” stadionunda oynaya bilər. Msport.az xəbər verir ki, şəhər şurası arenaya lisenziya verilməsi barədə qərar qəbul edib.
“Kamp Nou”da qazonun montaj olunması işlərinə başlanılıb. Əgər işlər qrafikə uyğun olaraq getsə, “Barsa” sentyabrın ortalarında rəqiblərini burada qəbul edə biləcək. Dəqiq tarix avqustun ortalarında məlum olacaq.
Xatırladaq ki, arena 2022-ci ildə təmirə bağlanıb. Kataloniya klubu bu müddət ərzində oyunlarını Lüis Kompanis adına Olimpiya stadionunda keçirirdi.