featured-image-53453

İspaniyanın “Barselona” komandası 10 ildən sonra La Liqaya üç qələbə ilə start verib.

Mspor.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq III turda “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki turlarda “Valensiya” və “Atletik”i də eyni hesabla üstələyib. “Barselona”da keçirdiyi ilk üç matçda qələbə qazanan sonuncu baş məşqçi Luis Enrike olub.

O, 10 il əvvəl – 2014-cü ildə belə uğura imza atıb. 1988-ci ildən sonrakı müddətdə isə Yohan Kroyff, Karles Reşak və Tito Vilanova da buna nail olublar.

Qeyd edək ki, növbəti oyunda “Barselona” “Valyadolid”i qəbul edəcək. Bu görüş avqustun 31-də keçiriləcək.

Bənzər xəbərlər