featured-image-29609

İspaniya Vergi Müfəttişliyi “Barselona” klubunu 15,7 milyon avro cərimə edib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, buna səbəb futbolçulara ödənişlər zamanı qanunun pozulmasıdır.

Vergi xodməti 2019-cu ildə Kataloniya təmsilçisinə qarşı başladığı araşdırmanı indi başa vurub.

Klubun oyunçularına verilən “Audi” markalı avtomobillər zamanı, futbolçuların çarter reysləri ilə uçuşları vaxtı pozuntular qeydə alınıb. Bundan başqa, Arda Turan (1,3 milyon avro) və Aleksandr Sonq (3,5 milyon avro) komandadan gedərkən alınan kompensasiya zamanı  düzgün hesabat aparılmayıb.

ANAR

 

 

Bənzər xəbərlər