featured-image-23412

“Barselona”nın məğlubiyyətsiz oyunlar seriyası davam edir. Msport.az xəbər verir ki, Kataloniya klubu son dəfə oktyabrən 26-da Çempionlar Liqasında “Bayern Münhen”ə uduzub.

“Barsa” dünən İspaniya La Liqasının 22-ci turunda “Kadis”in qapısından 2 cavabsız top keçirib.

Xavinin komandasının məğlubiyyətsiz oyunlar seriyası 18 matça çatıb. Onlar 16 görüşdə qalib gəliblər və 2 dəfə heç-heçə ediblər. “Barsa” La Liqada ardıcıl 7 görüşdə qələbə qazanıb və 1 top buraxıb.

“Barselona” növbəti oyununu fevralın 23-də Avropa Liqasında səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər