featured-image-21969

“Barselona”nın direktoru Mateu Alemani “Los Anceles Qalaksi” klubunun üzvü Xulian Arauxonun transferinin baş tutmamasına aydınlıq gətirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sənədlərin təqdimatında cəmi bir neçə saniyə gecikib:

“Sistemdəki səhvə görə biz Arauxonun transferini vaxtında qeydiyyata sala bilmədik. Cəmi 18 saniyə gecikdik. Baxaq görək, FİFA buna nə deyəcək”.

Xatırladaq ki, Arauxo 2019-cu ildən “Los Anceles Qalaksi” klubunda çıxış edir. 21 yaşlı futbolçu 2022-ci il mövsümündə MLS-də 31 oyunda meydana çıxıb 1 qol vurub və 5 məhsuldar ötürmə verib. Arauxo 2021-ci ildən Meksika yığmasına dəvət olunur.

Tərəflər transferlə bağlı bütün məsələlərdə razılaşmışdılar və müqavilə 2026-cı ilin iyununa qədər olmalı idi. Lakin qeydiyyat dedlayndan bir neçə saniyə sonra aparıldığından transfer baş tutmayıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər