featured-image-55022

İspaniyanın “Barselona” klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Aston Villa”nın forvardı Con Duranla maraqlanır.

İdman direktoru Deko bu keçidlə şəxsən məşğuldur.

O, 20 yaşlı forvardın mümkün alışı ilə bağlı müqavilənin təfərrüatlarını öyrənmək üçün İngiltərə klubu ilə ilkin təmas qurub. Tərəflər arasında müəyyən fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Con Duran bu mövsüm bütün turnirlərdə 6 oyunda 4 qol vurub. Onun ingilislərlə müqaviləsi 2028-ci ilin yayına kimidi.

Bənzər xəbərlər