“Barselona” 3 oyundur qol vura bilmir
“Barselona” 3 oyundur nə qələbə qazana bilir, nə də qol vurur. Msport.az xəbər verir ki, Kataloniya klubu İspaniya La Liqasının 29-cu turunda “Xetafe” ilə bərabərə qalıb – 0:0.
Ötən tur “Jirona” ilə də oyun eyni hesabla başa çatmışdı.
Xavinin komandası aprelin 5-də isə İspaniya kubokunda “Real”a böyük hesabla məğlub olmuşdu – 0:4.
“Barsa” son dəfə aprelin 1-də “Elçe” üzərində qələbə qazanıb – 4:0.
“Barselona” növbəti oyununu aprelin 23-də “Atletiko”ya qarşı keçirəcək.
ANAR ABDULLAYEV







