featured-image-33107

“Barselona” yay transfer pəncərəsi dövründə 8 futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Msport.az xəbər verir ki, idman direktoru Mateu Alemani qarşısında şərt qoyulub ki, bu məsələni həll etsin.

Söhbət Kleman Lanqle, Serjinyo Dest, Erik Qarsiya, Frank Kessye, Pablo Torre, Niko Qonsales, Ferran Torres və Aleks Kolyadodan gedir.

Torre təcrübə toplamaq üçün icarəyə göndəriləcək. Qarsiya ilə bağlı sərfəli təklif gələrsə, “Barsa” onu satacaq.

Kataloniya klubu digər futbolçularla maliyyə durumunu optimallaşdırmaq üçün vidalaşmağa hazırdır.

Ən əsas da daha çox maaş alan Lanqle və Dest siyahıda ilk yerləri tuturlar.

ANAR 

Bənzər xəbərlər