“Barselona” aparıcı futbolçusunu 5 həftəlik itirdi
“Barselona”nın futbolçusu Osman Dembelenin zədəsi gözlənildiyindən ağır olub.
Msport.az xəbər verir ki, Kataloniya klubunun vingeri İspaniya La Liqasının 19-cu turunda “Jirona” ilə oyunda zədələnib və 26-cı dəqiqədə əvəzlənib.
Əvvəlcə məlumat yayılmışdı ki, fransalı omba zədəsinə görə, 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lakin bugünkü müayinədən sonra məlum olub ki, Dembelenin zədəsi fərqlidir və daha ciddidir. Bu səbəbdən futbolçu 5 həftə komandasına kömək edə bilməyəcək.
25 yaşlı vinger bu mövsüm 28 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib.
Anar Abdullayev







