“Barselona” “Arsenal”ın yarımmüdafiəçini istəyir
İspaniyanın “Barselona” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Caught Offside” portalı məlumat yayıb.
“Arsenal”ın dayaq yarımmüdafiəçisi Tomas Parti Kataloniya təmsilçisinin gündəmindədir.
Partini “Atletiko Madrid”, “Yuventus”, “Əl-Hilal” və “Əl-Əhli” kimi klublar da istəyir.
Qeyd edək ki, cari mövsüm “topçular”ın forması ilə bütün turnirlərdə 3 matça çıxan Parti 1 qol vurub. “Transfermarkt” portalı orta xətt oyunçusunun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.