featured-image-56257

İspaniya La Liqasının matçının tarixdə ilk dəfə ABŞ-da təşkil olunmaq ehtimalı var.

Msport.az xəbər verir ki, “Barselona” – “Atletiko” matçının okeanın o tayında keçirilməsi nəzərdə tutulur.

Bunun üçün UEFA və FIFA-nın təsdiqi gözlənilir. Əgər bu baş verərsə, dekabrın 22-nə təyin olunmuş qarşılaşma Mayamidə keçiriləcək.

Qeyd edək ki, oyunun təşkil olunacağı “Hard Rok” arenası 65 min tamaşaçı tutur.

Bənzər xəbərlər