“Barselona” – “Atletiko” oyununda 8 qol – VİDEO
İspaniya Kubokunda yarımfinal mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk oyunda “Barselona” “Atletiko”nu qəbul edib.
Bol qollu alınan matçda qapılara ümumilikdə 8 qol vurulub. Nəticədə görüş 4:4 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab matçı aprelin 2-də Madriddə baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütündə bu gün “Real Sosyedad” “Real”ı qəbul edəcək.