featured-image-23282

İspaniyalı hüquqşünas Xorxe Vakero UEFA-nın “Barselona”ya qarşı sanksiya tətbiq edə biləcəyini deyib.

Msport.az xəbər verir ki, Kataloniya klubu hakimləri almaq ittihamı ilə cəzalandırıla bilər.

UEFA-nın şərtlərinə görə, hər hansı komanda birbaşa və ya dolayısı yolla nəticənin müəyyənləşdirilməsinə əl atırsa, avrokuboklardan kənarlaşdırılır.

Əgər “Barselona”nın günahı sübut olunarsa, klub gələn mövsüm Çempionlar Liqasına buraxılmaya bilər.

Xatırladaq ki, “Barsa” oyunların nəticələrinə təsir göstərmək üçün İspaniya Hakimlər Komitəsinin sabiq üzvünün hesabına pul köçürməkdə günahlandırılır.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər