featured-image-39632

Almaniyanın “Bavariya” klubunun futbolçusu Jozua Kimmix karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Barselona” 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Almaniyalı oyunçunun keçidi qışda və ya mövsümün sonunda reallaşa bilər. Kataloniya təmsilçisi transfer üçün 80 milyon avro ödəyə bilər.

Qeyd edək ki, Kimmix ötən mövsüm “Bavariya”da 47 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı sözləşməsi 2025-ci ildə başa çatmalıdır.

Bənzər xəbərlər