featured-image-30015

“Bayern Münhen”in yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İspaniyada davam etdirə bilər. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Barselona” onun xidmətlərində maraqlıdır.

Mənbənin sözlərinə görə, Almaniya millisinin üzvü İspaniyaya yollanmaq perespektivinə müsbət yanaşır.

Kataloniya klubu transferi reallaşdırmaq üçün işə başlasa da, bu, asan olmayacaq. “Çünki Barsa” sərt maliyyə qənaəti rejimindədir.

Lakin rəhbərlik mövsümün sonunda komandanı tərk edəcək Serxio Busketsin əvəzləyicisi kimi məhz Kimmixi görür.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər