featured-image-40549

İspaniyanın “Barselona” klubu icarə əsasında komandada çıxış edən Joau Feliksin transferi üçün “Atletiko”ya böyük təzminat ödəmək fikrində deyil.

Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, madrid klubu 24 yaşlı oyunçu üçün təxminən 80 milyon avro tələb edir.

Lakin kataloniyalılar bunu ödəməyə hazır deyil. Klubun hücumçu üçün ən azı 30-40 milyon avro verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Joau Feliks cari mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 17 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər