featured-image-32362

“Barselona” Marselo Brozoviçi transfer etmək üçün bir neçə futbolçusunu satmaq məcburiyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya klubu minimum 17 milyon avro əldə etməlidir.

“İnter”dən ayrılacaq Brozoviçi “Barsa”nın baş məşqçisi Xavi öz komandasında görmək istəyir.

Qeyd edək ki, “Barselona”nın istənilən transferi reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanlarına malik olmaması barədə xəbər yayılıb. Əməkhaqqı fondunda da əlavə vəsait yoxdur. Yeni oyunçularla anlaşmaq üçün bəzi futbolçularla yolları ayırmaq məcburiyyətində qalacaqlar.

“İnter Mayami”yə yollanan Serxio Busketsin yerinə ən ucuz variant məhz Brozoviçdir.

30 yaşlı xorvatiyalı futbolçu 2015-ci ildən “İnter”də çıxış edir. “Əl Nəsr” onunla maraqlansa da, yarımmüdafiəçi Avropada qalmaq istəyib.

ANAR

 

Bənzər xəbərlər